SON XƏBƏRLƏR

“İran gərginliyin azalmasını istəyirsə, proksi qüvvələrinə himayəni dayandırsın”- Ağ Ev

2024.01.25, 12:45
“İran gərginliyin azalmasını istəyirsə, proksi qüvvələrinə himayəni dayandırsın”- Ağ Ev

Ağ Evin Milli Təhlükəszilik Şurasının sözçüsü Con Kirbi İranın xarici işlər nazirinin “bölgədə daha irimiqyaslı müharibə” ehtimalı barədə sözlərinə reaksiya göstərib.

Gunaz.tv

“İran bölgədə gərginliyin artmasından nigarandırsa, edə biləcəyi ən yaxşı hərəkət HƏMAS, Hizbullah, İraq və Suriyada silahlı qruplara dəstəklərini dayandırmaqdır.  

Biz gərginliyin artmasını istəmirik. Biz kimsə ilə müharibə və qarşıduruma niyyətində deyilik. Biz gərginliyin azalmasına cəhd edirik” ,- Kirbi jurnalistlərlə həftəlik birifinqində deyib.

Ağ Evin rəsimisi həmçinin qeyd edib ki, “İran bu barədə ciddidirsə, HƏMAS və Hizbullaha dəstəyini dayandırmalıdır”.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir müddət əvvəl NBC Nyuz xəbər agentliyi ilə müsahibəsində Qəzza müharibəsi barədə fikir bildirib. 

O,   “bölgədə müharibənin geniş miqyas aldığını” və müharibənin böyüməsindən nigaran qaldığını deyib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar