SON XƏBƏRLƏR

Çin İrandan husilərin qarşısını almağı tələb edib

2024.01.26, 11:37
Çin İrandan husilərin qarşısını almağı tələb edib

"Royterz" xəbər agentliyi bu barədə məlumatlı olan 4 iranli vəzifəlisi və 1 digər diplomatın  məlumatına istinadən bildirib. 

Gunaz.tv

Onların bildirmələrinə əsasən, Çin Qırmızı Dənizdə gəmilərə husilərin həmlələrinin qarşısını alamsını İrandan tələb edərək, əks təqdirdə iki ölkə arasında ticarət əlaqələrinə xələl gətiriləcəyini bildirib.

Çinin Xarici İşlər Nazirliyi bu barədə "Royterz"in sualına cavab olaraq deyib: “Çin Orta Şərq ölkələrinin, bölgədə təhlükəsizliyin, sabitlik və rifahın tərəfdarıdır.

Həmçinin, bu ölkələrin bölgənin təhlükəsizlik məsələlərini həll etmək cəhdlərini dəstəkləyir”.

İran Çinin bu tələbi ilə bağlı  tədbir görəcəyi isə hələ müəyyən deyil.

Xatırladaq ki, ABŞ husilərin qarşısını almaq məqsədi ilə bir müddət əvvəl Çindən İrana təzyiq göstərməsini istəyib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar