SON XƏBƏRLƏR

"Millətin tələbləri üçün heç bir iş görülməyib" - Moləvi Əbdülhəmid

2024.01.27, 11:48
"Millətin tələbləri üçün heç bir iş görülməyib" - Moləvi Əbdülhəmid

Sistan və Bəluçistan Əyalətinin sünni icmasının lideri Moləvi Əbdülhəmid bir ildən çoxdur başlamış aksiyalarda irəli sürülmüş tələblərin hələ də təmin olunmadığına etirazını bildirib. 

Gunaz.tv

O, Zahidan şəhərində  yanvarın 26-sı keçirilmiş ənənəvi cümə namazı xütbələrində “xalqın sözünün və probleminin olduğunu” qeyd edib. 

“Ağıllısı budur ki, rəsmilər millətin səsini eşitməli və hakimiyyət xalqın maraqlarının təmin olunmasını üstün tutmalıdır. Lakin hələ də xalqın tələblərinə qarşı müqaivmət göstərilir.”  Moləvi Əbdülhəmid vurğulayıb.

Zahidan şəhərinin imam cüməsi çıxışının davamında etiniklərin tələbləri və İranda edamlar barədə mövqe bildirib. 

“İran fərqli etniklərdən və dinlərdən ibarətdir. Etniklərin tələblərinə baxılması milli birliyin və təhülükəsizliyin formalaşması ilə nəticələnər. İndi də davam edən basqı metodları xalqı susudura bilməyəcək. 

Həmçinin edamlar məsələsinə yenidən baxılmalıdır. Ölkə ancaq bir cinaha, dinə və ya etnikə mənsub olmamalı və bu çeşidliyi görə bilsək, milli birliyi müşahidə edə bilərik”, -deyə Moləvi Əbdülhəmid xütbələrinin sonunda vurğulayıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar