SON XƏBƏRLƏR

Bu gün səhər 4 məhbus edam olunub

2024.01.29, 10:54
Bu gün səhər 4 məhbus edam olunub

İranın məhəkəməsinin bildirişinə istinadən və iddiasına görə İsrailin casusluq qurpunun 4 üzvü bu gün səhər edam olunublar.

Gunaz.tv

İddiaya əsasən onlar İsrailin Mossad casusluq təşkilatının əmliyyat qrupu olaraq ötən il İsfahanda bomba yerləşdirmək əməliyyatı zamanı saxlanılıblar.

Məhkəmə Hakimiyyətinin Mizan Xəbər Agentliyi bu barədə bildirişlə elan edib ki, onlar əməliyyat keçrimək üçün İraqın Kürdüstan İqlimi yolu ilə Respublikaya qanunsuz keçiblər.
محمد فرامرزی، وفا آذربار، پژمان فاتحی، محسن مظلوم

Məqsəd isə İsfahanın Nəcəfabad rayonunda yerləşən İranın Müdafiə Nazirliyinə bağlı hərbi cihazlar və raketlər istehsal edən zavoda bomba yerləşdirmək olub. 

Lakin ifşa olunaraq məqsədlərinə çata bilməyiblər. Onlara “İsrailin xeyrinə informasiya əməkdaşlığı”,

“Respublikanın təhlükəsizliyini pozmaq məqsədi ilə terror qrupunun təşkili və idarə olunması” və “terrorist qrupda üzvlük” ittihamları elan olunub. 

Nəhayət barələrində edam hökmü ötən ilin sentyabr ayının 18-də çıxarılıb. Qrupun saxlanılmış digər üzvləri barədə məlumat verilməyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar