SON XƏBƏRLƏR

SEPAH-ın Suriyadakı qərargahına hava zərbələri endirildi

2024.01.29, 16:00
SEPAH-ın Suriyadakı qərargahına hava zərbələri endirildi

Günorta saatlarında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyanın Dəməşq şəhərinin cənubundakı "Seyyidə Zeynəb" bölgəsində yerləşən qərargahına hava zərbələri endirilib.

Gunaz.tv

Bu barədə ərəbdilli "Əl-Ərəbiyyə" xəbər agentliyi məlumat yayıb.

SEPAH-ın komanda qərargahı kimi istifadə olunan qərargaha endirilən zərbələr nəticəsində hələlik iki nəfərin həlak olduğunu müəyyənləşdirmək mümkün olub.

Bir neçə nəfər yaralanıb.

Bəzi informasiya mənbələri, o cümlədən İran mediası hava hücumunun İsrail qırıcıları tərəfindən həyata keçirildiyini bildiriblər.

Ölü və yaralı sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, bu, İrana bağlı silahlı qruplaşmanın ABŞ-nin İordaniyada yerləşən hərbi bazasına PUA hücumundan sonraya təsadüf edir.

Hücum nəticəsində 3 amerikalı hərbçi həyatını itirib, 34 nəfər isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar