SON XƏBƏRLƏR

Hakan Fidandan ABŞ və İrana çağırış: Vəziyyət yaxşı deyil!

2024.02.05, 13:03
Hakan Fidandan ABŞ və İrana çağırış: Vəziyyət yaxşı deyil!

Regional münaqişədən qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə üzləşə bilərik.

Gunaz.tv

Bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan son günlər ABŞ və İran arasında gərginliyin artmasını şərh edərkən deyib.

“Qığılcım hər an yanğına çevrilə bilər. Nəzarətdən çıxa bilər. Burada da böyük risklə üzləşə bilərik. Bu nəzarətdən çıxma məsələsi təhdid olaraq qarşımızdadır”, - deyə Fidan bildirib.

Qeyd edək ki, İrana bağlı silahlı qruplaşma yanvarın 28-də ABŞ-in İordoniyadakı hərbi bazasına PUA hücumu nəticəsində 3 ABŞ hərbçisi öldürülüb, 34 hərbçi yaralanıb.

Buna cavab olaraq, ABŞ ordusu İraq və Suriyada fevralın 2-dən 3-nə keçən gecə İrana bağlı qüvvələrə zərbələr endirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar