SON XƏBƏRLƏR

İran 2015-ci ildən bəri bu terrorist qrupu çeşidli artilleriyalarla silahlandırıb

2024.02.07, 13:01
İran 2015-ci ildən bəri bu terrorist qrupu çeşidli artilleriyalarla silahlandırıb

ABŞ İntelligent Müdafiə Agentliyinin yeni hesabatına əsasən  İran 2015-ci ildən “Ənsarullah” qrupunu qısamənzilli, ortamənzilli ballistik və Kruz raketləri ilə silahlandırıb.

Gunaz.tv

“ABŞ və ortaqları 2015-2023-cü illər ərzində Ənsarullaha silah qaçaqmalçılığı etmək istəyən İranın azı 18 gəmisinin qarşısını alıb”- hesabatda deyilir.

Agentlik həmçinin bildirib ki, gəmilərdə ballistik raket və PUA hissələri, tankəleyhinə idarə oluna bilən raketlər və minlərlə döyüş silahları olub. 

Hesabatda qeyd olunub ki, Ənsarullah Qırmızı Dəniz və Oman Körfəzində beynəlxalq gəmilərə həmlə üçün gəmi əleyhinə “Asəf” ballistik raketindən istifadə edib. Raket 250 mil qət edə bilir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar