SON XƏBƏRLƏR

İsveç SEPAH-a bağlı iki iranlını deportasiya edib

2024.02.07, 14:04
İsveç SEPAH-a bağlı iki iranlını deportasiya edib

İsveç hökuməti bu ölkədə 2021-ci ildə 3 yəhudiyə qarşı terror törətməyi planlaşdıran SEPAH-a bağlı iranlı cütlük Firiştə Saneifər və Mehdi Ramazanini deport edib.

Gunaz.tv

Bu barədə İsveçin dövlət radiosu məlumat yayıb.

Onların 2015-ci ildə saxta Əfqanistan kimliyi ilə İsveçə daxil olduqları və 2017-ci ildə bu ölkədən oturum aldıqları bildirilib.

İsveç prokurorunun müavini Hans Eirman kifayət qədər dəlil olmadığı üçün bu şəxslərin həbs qərarının uzadılmadığını və cütlüyün həbsxanadan buraxılaraq İrana qaytarıldığını deyib.

İranın Stokholmdakı səfirliyi bu məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar