SON XƏBƏRLƏR

Sosial mediada Əli Xaməneinin hesabları bağlandı

2024.02.09, 11:00
Sosial mediada Əli Xaməneinin hesabları bağlandı

İran rəhbəri Əli Xaməneinin sosial media hesabları, o cümlədən "Instagram" və "Facebook" səhifələri bağlanıb.

Gunaz.tv

Bu barədə "Middle East Eye" "Meta"ya istinadən məlumat yayıb.

Bildirilib ki, Xamneinin hesablarının bağlanmasına səbəb təhlükəli təşkilatların və şəxslərin təbliği ilə bağlı qaydaların pozulmasıdır.

"Meta" hələlik Xamneinin hesablarının bağlanma səbəbi ilə bağlı bəyanat verməyib, lakin bəzi kibertəhlükəsizlik ekspertləri hesab edir ki, HƏMAS və husiləri dəstəkləyən yazı və paylaşımlar Xaməneinin hesablarının bağlanmasına səbəb ola bilər.

Qeyd edək ki, İran rəhbərliyinin xarici sosial media platformalarına məhdudiyyət qoyulması barədə göstəriş vermələrinə baxmayaraq, özləri həmin platformalardan istifadə edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar