SON XƏBƏRLƏR

İsveçrədə sərnişinləri girov götürən şəxs öldürülüb.

2024.02.09, 11:45
İsveçrədə sərnişinləri girov götürən şəxs öldürülüb.

Farsca və İngiliscə danışan terrorist İsveçrənin qərbində bir qatarda sərnişinlərdən bəzilərini girov götürüb.

Gunaz.tv

Balta və bıçaqla silahlanmış terrorist polis tərəfindən öldürülüb və girov götürülmüş insanlar azad edilib.

Bölgənin polis sözçüsü Jan Kristof Satrel bu barədə məlumat verib. Onun dediklərinə görə cinayətkar barəsində tədqiqat aparılır və terroristin kimliyi hələ təsdiqlənməyib. 

Terrorist 14-ü sərnişin olmaqla qatarın sürücüsü ilə birgə 15 nəfəri axşam 4:30-dan saat 10-dək girov saxlayıb. O, polis zabitinə balta ilə hücum etmək istəyərkən polisin atəşi ilə öldürülüb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar