SON XƏBƏRLƏR

İsrail Dəməşqə raket zərbələri endirib

2024.02.10, 11:23
İsrail Dəməşqə raket zərbələri endirib

İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bir sıra ərazilərə raket zərbəsi endirib.

Gunaz.tv

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Bildirilib ki, Dəməşqin "Dimas" və "Məşru Dəmər" bölgələrinə endirilən hava zərbələri nəticəsində dağıntılar meydana gəlib.

Məlumatda insan itkisi barədə açıqlama verilməyib.

Suriya Müdafiə Nazirliyi hücumla bağlı yaydığı açıqlamada məlumatı təsdiqləyib.

“Hava hücumundan müdafiə sistemlərimiz raketlərin bir hissəsini zərərsizləşdirib”, - açıqlamada bildirilib.

Qeyri-rəsmi mənbələr hava hücumunun İrana bağlı silahlı qruplaşmaların bazalarına olduğunu yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar