SON XƏBƏRLƏR

"İran qanunsuz yollarla bizim texnologiyalarımızı ələ keçirmək istəyir"- ABŞ rəmisi

2024.02.12, 11:14
"İran qanunsuz yollarla bizim texnologiyalarımızı ələ keçirmək istəyir"- ABŞ rəmisi

ABŞ Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəlisi ölkənin istehsalı olan mühüm texnologiya hissələrinin İranın istehsalı olan silahlarda istifadə edildiyi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Nazirliyin Dünya üzrə Ticarət Bölməsinin sədr müavini Cim Mankuso bu barədə NBC Nyuz xəbər şəbəkəsinə verdiyi müsahibəsində məlumat verib.

“Ukraynada  və Yaxın Şərqdə müharibə üçün istifadə olunan vurulmuş PUA-ların tədqiqi zamanı onlarda ABŞ istehsalı olan önəmli rabitə sisitemləri müəyyən edilib.” - deyə Cim Mankuso açıqlayıb.

“Həmin PUA-lardan bir sırası Amerika müəssisələri tərəfindən istehsal edilən önəmli mikroelektron hissələr mövcuddur. Deməli, bu mikroelektron hissələr hansısa yollarla sanksiya tətbiq olunmuş ölkələrə çatıb. 

İran, Rusiya və Çin ölkəmizin istehsalı olan texnologioyalara qanunsuz yollarla çatmaq üçün cəhdlər edirlər.”- deyə ABŞ rəsmisi bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar