SON XƏBƏRLƏR

İran istehsalı “Botoks” görmə qabiliyyətini pozur - XƏBƏRDARLIQ

2024.02.12, 12:04
İran istehsalı “Botoks” görmə qabiliyyətini pozur - XƏBƏRDARLIQ

Türkiyə mediası ölkəyə qaçaqmalçılıq yolu ilə İran istehsalı olan Botoks yaxmasının gətirildiyini və insanlarda fəsadlar törətdiyini bildirib.

Gunaz.tv

CNN Türk xəbər şəbəkəsi bildirib ki, həmin Botoks vasitəsi Türkiyədə istifadəsi üçün təsdiqlənməyib və rəsmi kanallarla ölkəyə idxal olunmur. 

Hürriyyət qəzeti də ölkənin gözəllik salonları və müəssisələrində istifadə olunan İran botoksunun təhlükələri barədə məlumat yayıb. 

Qəzet və CNN Türk bildiriblər ki, İranda istehsal olunan Botoks dünya üzrə səhiyyə standartları ilə uzlaşmır və istifadəçidə kirpik sallanması, eybəcərləşməsi, ikili görmə və görmədə pozuntu ilə nəticələnnir.

Qeyd edək ki, Botoks gözəllik salonlarında üzün müxtəlif sahələrinə inyeksiya edilməklə qırışları qaldırır. Bu vasitə ticarətdə “Botulinum Toxin” adı ilə dərinin gözəlləşdirilməsi və gəncləşdirilməsi məqsədi ilə istifadə olunur.

Taymaz


 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar