SON XƏBƏRLƏR

Salehi: İran atom bombası istehsal etmək iqtidarındadır

2024.02.13, 11:43
Salehi: İran atom bombası istehsal etmək iqtidarındadır

Nüvə elmi və texnologiyasının bütün növləri bizdə var və İran istəsə  atom bombası istehsal edə bilər

Gunaz.tv

Bunu İranın keçmiş xarici işlər naziri və Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əliəkbər Salehi deyib.

İran rəhbəri Əli Xaməneiyə ən yaxın şəxslərdən biri sayılan Salehinin bu bəyanatının Qərbi təhdid xarakterli olduğu deyilir.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami də oxşar bəyanat səsləndirərək ölkəsinin atom bombası istehsal etmək qabiliyyətində olduğunu deyib.

"Uranın zənginləşdirilməsini 20%-dən 60%-ə kimi qaldırdıq və istənilən vaxt bunu 90%-ə kimi qaldıra bilərik",- deyə İslami "Əlcəzirə" telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, İran rəsmiləri ölkə rəhbəri Əli Xaməneinin fitvasına əsasən atom bombası yaradılmasının Tehranın gündəmində olmadığını iddia ediblər.

Beynəlxalq müşahidəçilər isə bildirirlər ki, bu fətva ciddi zəmanət deyil və istənilən an bu fətva ləğv edilə və İran atom bombası əldə edə bilər.

Bir müddət əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi İranın 60%-ə qədər təmizliyə malik zənginləşdirilmiş uranın istehsalını ayda təxminən 9 kiloqrama qədər arırdığı barədə xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar