SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda mina partlaması nəticəsində əfqanistanlılar ölüb

2024.02.13, 15:33
Sistan və Bəlucistanda mina partlaması nəticəsində əfqanistanlılar ölüb

İranın Sistan və Bəlucistan əyalətinin Səravan sərhəd bölgəsində mina partlayıb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumatda SEPAH-ın yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 əfqanistanlının həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.

Bir neçə gün əvvəl eyni bölgədə mina partlaması nəticəsində biri 10 yaşlı uşaq olmaqla daha 3 əfqanistanlı həyatını itirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar