SON XƏBƏRLƏR

İran parlamentinin elektron sisteminə haker hücumu olub

2024.02.14, 11:39
İran parlamentinin elektron sisteminə haker hücumu olub

Haker hücumu nəticəsində parlamentin elektron səsvermə sistemi sıradan çıxıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bu səbəbdən nümayəndələr müzakirə olunan məsələlərə müvafiq və ya müxalif olduqlarını əl hərəkətləri ilə bildiriblər.

Məlumatda haker hücumundan sonra jurnalistlərin parlament binasına girişinə qadağa qoyulduğu bildirilib.

Qeyd edək ki, fevralın 13-də İran parlamentinin media qurumu olan "Xaneyi millət" xəbər agentliyi də haker hücumu nəticəsində dağıdılıb.

Haker hücumunun məsuliyyətini hökumətə müxalif "Xalq Mücahidləri Təşkilatı"na bağlı olduğu idia edilən "Devirənədək üsyan" haker qrupu öz üzərinə götürüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar