SON XƏBƏRLƏR

İranda təhsil sənədinin satın alınması su içmək kimi rahatdır

2024.02.14, 13:51
İranda təhsil sənədinin satın alınması su içmək kimi rahatdır

Təhsil sənədi satan biri İranda müxtəlif ixtisaslar, xüsusilə də həkimlik üzrə təhsil sənədi satışının su içmək kimi asan bir iş olduğunu deyib.

Gunaz.tv

“1 milyard 200 milyon tümən ver, 50 iş günü ərzində diş həkimliyi üzrə doktorantura sənədinə sahib ol. 

Özü də İran Həkimlik Sistemi Təşkilatının rəsmi möhürü üzərində! Hazırladığımız sənədlər universitetdə arxivləşdirilir. 

Elmlər və Səhiyyə nazirliklərindən doğru olduğu təsdiqlənəcək şərti ilə yazılır və onlayn qaydada sorğulana bilir. Xərcin yarısını əvvəldə, qalan yarısını da sorğunun cavabı göstəriləndən sonra alırıq.”- adı açıqlanmayan təhsil sənədi satışı ilə məşğul olan şəxs özünü müştəri kimi təqdim edən jurnalistə bildirib.

Həmin şəxs sözlərinin davamında şərti müştərini sənədin ifşa olunmayacağına arxayın etmək üçün deyib: “mən məşğul olduğum 5 ildə 1-2 deyil, mindən artıq təhsil sənədi hazırlayıb satmışam. 

Sənədin müvafiq qurumdan sorğulanmasına da heç bir problem yaranmayıb. Sizə endirim də edərəm. Sadə dokturantura sənədinin qiyməti 65 milyon tüməndir. Sizdən 55 milyon tümən alarıq.”-deyə saxta sənəd satışı ilə məşğul olan vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar