SON XƏBƏRLƏR

İranda 10 ay ərzində azı 100 qadın öldürülüb

2024.02.19, 12:08
İranda 10 ay ərzində azı 100 qadın öldürülüb

İranın KİV-də nəşr edilmiş rəsmi xəbərlərə istinadən İran təqvimi ilə ötən 10 ay ərzində (2023-cü ilin martdından dekabr ayınadək) azı 100 qadın və qız kişilər tərəfindən öldürülüb.

Gunaz.tv

Qətllər ailənin kişiləri tərəfindən və müxtəlif bəhanələrlə həyata keçirilib. Onlar həyat yoldaşları, qardaş, ata, əmi və digər yaxın əqrəbaları tərəfindən “namus məsələsi” adı ilə öldürülüblər.

İranlı hüquqşünaslar və müvafiq ekpertlərin fikrincə, qadın və qızların kişilər tərəfindən öldürülmələri barədə statistika ancaq İrana məxsus deyil lakin dünya ilə müqayisədə İranda bu cür qətllər daha çoxdur

Hüquq mütəxəssisləri həmçinin bildiriblər ki, İranda qadın hüquqları üzrə düzgün və hərtərəfli qanunlar qərara alınmadığına görə ölkədə bu tip qətllər yüksəkdir. 

Taymaz
 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar