SON XƏBƏRLƏR

İran Yəmən və Rusiyaya silah göndərməyi dayandırmalıdır - G7 qrupu

2024.02.19, 15:54
İran Yəmən və Rusiyaya silah göndərməyi dayandırmalıdır - G7 qrupu

G7 qrupuna üzv ölkələr İranın bölgədə dağıdıcı rolu, nüvə proqramı, Rusiya ordusu və Yəmən üsyançılarına silah göndərməsi barədə birgə bəyanatla çıxış ediblər.

Gunaz.tv

ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və İngiltərədən ibarət G7 qrupu Münxendə növbəti Təhlükəsizlik Konfransı keçiriblər.

Konfransda ABŞ dövlət katibi, digər üzv ölkələrin xarici işlər nazirləri, həmçinin Avropa Birliyi xarici siyasətlər və təhlükəszilik üzrə təmsçilçisi Cozep Borel iştirak edib. 

Qrupun dövri sədri İtaliyanın XİN-nin saytında nəşr edilmiş bəyanatda İrandan “Ukraynaya qarşı müharibədə Rusiya ordusuna köməklik etməsinin” dayandırılması tələb olunub. 

Həmçinin bütün ölkələrdən “İranın PUA proqramları ilə əlaqədar cihazlar və ehtiyat hissələrinin təmin olunmasının” dayandırılması istənilib.  

Bəyanatda deyilir: “İran Yəmən üsyançılarına silahlar göndərməklə BMT Təhlükəsizlik Şurasının 2216 nömrəli qətnaməsini pozur və bölgədə çaxnaşmaların artmasına səbəb olur”.   

G7 qrupunun bəyanatında həmçinin “İranın nüvə silahına çatmasına əsla yol verilməyəcəyi və bu ölkənin nüvə proqramının sülh məqsədli olmadığı” vurğulanıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar