SON XƏBƏRLƏR

UNRWA qərargahı altında İrana məxsus qabaqcıl texnologiyalar aşkarlanıb

2024.02.20, 11:23
UNRWA qərargahı altında İrana məxsus qabaqcıl texnologiyalar aşkarlanıb

İsrail televiziyası BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyin (UNRWA) qərargahı altında İrana məxsus qabaqcıl texnologiyalar aşkarlandığı barədə xəbər yayıb.

Gunaz.tv

İsrailin Kan-11 dövlət televiziyası fevralın 19-u bu barədə bildirib. Məlumata əsasən İsrail hərbi qüvvələri İran hakimiyyətinin Qəzzada HƏMAS döyüşçüləri və UNRVA ilə əlaqədə olduğu barədə sübutlar əldə ediblər. 

Ölkənin ordusu və təhlükəsizlik xidmətləri mənşəyi Çin güman olunan həmin cihazları araşdırır. 

Ayrıntılı məlumata əsasən İsrail ordusu Qəzza şəhərinin Rimal rayonunda yerləşən UNRVA qərargahına bir müddət əvvəl həmləsi zamanı qərargahın altında HƏMAS-ın məlumat emalı mərkəzini aşkarlayıb. 

Mərkəzdə xeyli server, elektrik kabelləri, 1 elektrik generayoru və qalmağa şərait olub. 

Kan-11 Şəbəkəsinin bildirməsinə istinadən “həmin informasiya texnologiyaları İrana məxsus” olub və Çin vasitəsi ilə Qəzzaya gətirildiyi güman olunur. 

Ordu əmliyyat zamanı serverlərdən ibarətə bir şəbəkə və sair texnologiyaları məhv edib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar