SON XƏBƏRLƏR

İsrail Suriyada SEPAH-a bağlı binanı vurdu - Ölənlər var

2024.02.21, 12:39
İsrail Suriyada SEPAH-a bağlı binanı vurdu - Ölənlər var

Bu gün səhər saatlarında İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinin Kəfərsusə bölgəsinə raket zərbələri endirib.

Gunaz.tv

Bu barədə Suriyanın dövlət xəbər agentliyi "SANA" məlumat yayıb.

Məlumatda raket zərbəsi nəticəsində dağılan binadakı insan tələfatı barədə açıqlama verilməyib.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu hədəf alınan binanın SEPAH və Livanın Hizbullah terror təşkilatının komandirlərinin birgə istifadə etdiyi mərkəz olduğunu bildirib.

Qrup hücum nəticəsində hələlik kimliyi müəyyən edilməyən 3 nəfərin öldüyünü bildirib.

 İranın "Təsnim" xəbər agentliyi hücumu təsdiq edib, ancaq hadisənin təfərrüatı barədə açıqlama verməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar