SON XƏBƏRLƏR

İranın cənub və mərkəzi bölgələrində quraqlıq çoxmüddətli və kəskin olub

2024.02.21, 13:36
İranın cənub və mərkəzi bölgələrində quraqlıq çoxmüddətli və kəskin olub

İran İqlim və Quraqlıq Böhrani İdarəçiliyi üzrə Milli Mərkəzin sədri ölkənin həmin bölgələrdə quraqlıq müddətinin çoxaldığını və daha da gücləndiyini bildirib.

Gunaz.tv

Əhəd Vəzifə bu barədə “İran iqliminin problemləri” üzrə keçirilmiş vebinarda məlumat verib.

“Dünyanın istiləşməsi ilə ölkədə quraqlıqlar ötən vaxtlara nisbət daha tez başlayır, gücü və miqyası artır. İqlim dəyişikliyi ilə quraqlıq bölgələr daha quraqlı, sulu coğrafiyalar daha da sulu olur. Bu məsələ İran üçün də aktualdır. Ölkədə quraqlıq 30 il öncədən başlayıb.” - deyə Əhəd Vəzifə qeyd edib.

Xatırladaq ki, İran hakimiyyəti İsfahan, Kirman və Yəzd əyalətlərinin səhralıq bölgələrdə yerləşdiyini nəzərə alaraq Fars körfəzindən suyun çəkilməsi üçün nəhəng və milyardlarla dəyəri olan layihələrin icrasına başlayıb. 

Həmin layihələr yekunlaşmaq üzrə olmaqla, qarşıdakı aylarda istifadəyə veriləcək. 

Lakin İran hakimiyyəti qeyri-fars xalqların yaşadıqları bölgələrə ziddiyətli yanaşaraq onların problemlərinin həllinə dair real planlar həyata keçirmir. 

O cümlədən, hakimiyyət Güney Azərbaycan bölgəsində Qış fəsli üzrə bol yağıntılar olduğu bir halda Urmu gölünün qurumasının qarşısını almaq üçün gölə axan çayların üzərində vurulmuş bəndləri açıb suyu buraxmır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar