SON XƏBƏRLƏR

İranın xalça ixracatı kəskin azalıb

2024.02.24, 12:30
İranın xalça ixracatı kəskin azalıb

İran Ticarət Palatasında Xalça Komissiyasının sədri Mürtəza Hacı Ağamiri ötən illər ərzində İranın xalça ixracatında diqqətə layiq düşüş olduğunu bildirib.

Gunaz.tv

“2017-ci ildə İranın xalça ixracatı 426 milyon dollardan əvvəlcə 3 il ərzində 100 milyona düşüb. Ötən il 52 milyona, bu il isə 50 milyondan aza enib”- deyə Ağamiri vurğulayıb.

Həmçinin İran Əltoxunuşlu Xalça İstehsalı Kooperativləri Birliyinin icraçı direktoru Abulla Bəhrami Xalça Komissiyası sədrinin məlumatını təsdiqləyərək xalça ixaracatının azaldığını təsdiqləyib. 

“Sanksiyaların ən qızğın vaxtında əltoxunuşlu xalçaların ixracatı 500 milyon dollardan aşağı enməyib. Lakin ötən on ildə olduğu ilə müqayisədə hal-hazırda bu miqdarın onda birinə enib.”- deyə Bəhrami bildirib.

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar