SON XƏBƏRLƏR

İctimai və siyasi fəallar İrandakı seçkilərlə bağlı bəyanat yaydı

2024.02.26, 14:14
İctimai və siyasi fəallar İrandakı seçkilərlə bağlı bəyanat yaydı

275 tanınmış siyasi və ictimai fəal martın 1-də İranda keçiriləcək parlament seçkilərini boykota çağıran bəyanat yayıb. Bu barədə xarici medianın məlumatında bildirilib.

Gunaz.tv

Bəyanat müəllifləri seçkilərin nəticələrinin əvvəldən bəlli olduğunu və formal xarakter daşıdığını qeyd ediblər:

“Xalqın ümumi hüquqları ilə ziddiyyət təşkil edən seçkilərdə iştirak etməməyi özümüzə borc bilirik”.

Son bir ay ərzində seçkilərin boykot edilməsi ilə bağlı ölkə daxili və xaricində fəaliyyət göstərən qurumların çağırış bəyanatları artıb.

Onlar əksəriyyətin narazı olduğu Tehran hakimiyyətinin saxta seçkilərlə legitimlik qazanmağa cəhd etdiyini bildiriblər.

Qeyd edək ki, ekspertlər seçkilərin sönük keçəcəyini proqnozlaşdırırlar.

"Vətəne emruz" qəzetinin keçirdiyi rəy sorğusuna görə, vətəndaşların 52%-i seçkinin keçiriləcəyi vaxtın tarixi barədə məlumatsızdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar