SON XƏBƏRLƏR

2023-cü il üzrə Demokratiya Göstəriciləri; İranın tutduğu yer?

2024.02.26, 14:25
2023-cü il üzrə Demokratiya Göstəriciləri; İranın tutduğu yer?

Ötən il üzrə dünyada demokratiyanın durumu barədə illik hesabat nəşr olunub.

Gunaz.tv

Hesabata istinadən İran demokratiya baxımdan dünya ölkələri sırasında 153-cü yerdə qərarlaşıb.

Hesabat Britaniyanın Ekonomist Dərgisinə bacı cəmiyyət (Sister Company) olan Ekonomist Qrupunun tədqiqatına əsasən hazırlanıb. 

Demokratiyanın 5 göstəricisi üzrə 0-10 bal verilir. İran “seçkilər prosesi və plüralizm” üzrə sıfır bal alıb.

15 ildir aparılan tədqiqat hər il dünya ölkələrinin demokratiya durumunu ölçür. İran ancaq 13 ölkə, o cümlədən Tacikistan, Yəmən, Suriya, Şimali Koreya və Əfqanıstan kimi ölkələrdən yuxarı qərarlaşıb. 

Hesabata görə dünyada demokratiya 2023-cü il üzrə pisləşməyə doğru gedib. Lakin Qərbi Avropa ölkələri 2022-ci ilə nisbətən demokratiya şəraitlərini yaxşılaşdıra biliblər.

İranın demokratiyanın 5 göstəricisi üzrə aldığı qiymətlər:

Seçkilər prosesi və plüralizm= 0 bal
Dövlət funksionallığı= 2.5 bal
Siyasi iştirak= 3.33 bal
Siyasi mədəniyyət= 2.5 bal
Mədəni azadlıqlar= 1.47 bal

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar