SON XƏBƏRLƏR

Kreml: Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq

2024.02.26, 15:34
Kreml: Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq

Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyinə hələlik aydınlıq gətirilməyib.

Gunaz.tv

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiyanın erməni tərəfdaşlar ilə əlaqə saxladığını vurğulayıb, onların vəziyyəti aydınlaşdıracaqlarını əlavə edib.

Peskovun sözlərinə görə, müvafiq sənədlərə əsasən, KTMT-nin planında belə bir məsələ yoxdur.

“Biz əlaqə saxlayıb öyrənəcəyik”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada verdiyi müsahibədə ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar