SON XƏBƏRLƏR

Orta Dəhlizin əhəmiyyəti və populyarlığı getdikcə artır

2024.02.27, 11:04
Orta Dəhlizin əhəmiyyəti və populyarlığı getdikcə artır

Unikallığı və multimodallığı ilə seçilən Orta Dəhlizin əhəmiyyəti və populyarlığı getdikcə artır.

Gunaz.tv

Bunu Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir zamanı bildirib.

Onun sözlərinə görə, dəhlizin əhəmiyyətinin artmasında Avropa və Asiyanı birləşdirən unikal yerləşməsidə mühüm rol oynayır.

Onun sözlərinə görə, 2022-ci ilin əvvəlindən bir sıra maliyyə institutları və beynəlxalq təşkilatlar Orta Dəhliz mövzusu ilə bağlı müvafiq araşdırmalar aparır. Dünya Bankı da ötən ilin noyabrında Orta Dəhlizi ilə bağlı hesabat hazırlayıb.

“Biz sizin tövsiyələrinizi mütəmadi olaraq izləyirik və işinizə görə minnətdarıq”, - Sapar Bektasov qeyd edib.

Onun sözlərinə görə, bütün nəqliyyat ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, dəhliz boyu çatdırılma vaxtını azaltmaq, rəqəmsal texnologiyalardan istifadəni tətbiq etmək və vahid xidmət yaratmaqla tam sabit tariflər qurmaq lazımdır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar