SON XƏBƏRLƏR

İranın zənginləşdirilmiş uran ehtiyatı 27 dəfə artıb 

2024.02.27, 14:15
İranın zənginləşdirilmiş uran ehtiyatı 27 dəfə artıb 

"İran zənginləşdirilmiş uran ehtiyatının icazə verilmiş miqdarın 27 dəfə artırıb" - Beynəlxalq Agentlik

Gunaz.tv

“Frans Press” xəbər agentliyinin əldə etdiyi məlumata istinadən Atom Enerjisi üzrə Beynəlxalq Agentiliyin məxfi hesabatında bildirilir ki, İran zənginləşdirilmiş uran qatılığını 60 faizdən 90 faizə yüksəldib. 

Fevralın 26-da açıqlanmış hesabata görə İranın zənginləşdirilmiş uran ehtiyatı ötən ilin oktyabrında 4486 kiloqram civarında olduğu bir halda cari ilin fevral ayının 10-da 5525 kiloqramı aşıb. 

Bu miqdar isə İranla 2015-ci ildə imzalanmış nüvə razılaşması olan Hərtərəfli Ortaq Hərəkətlər Planında icazə verilmiş miqdarın 27 qatı qədərdir. 

Qeyd edək ki, həmin nüvə razılaşmasına əsasən sülhməqsədli istifadə üçün İrana müəyyən qədər uran zənginləşdirilməsinə icazə verilib. 

Lakin Tehran öz nüvə proqramının sülhyönlü olduğunu iddia etsə də həmin həddi aşması İranın nüvə silahına çatmaq niyyətində olduğuna dəlalət edir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar