SON XƏBƏRLƏR

Tibb Bacıları Birliyi: "İrandakı tibb bacılarının sayı dünya standartının yarısı qədərdir"

2024.02.29, 14:53
Tibb Bacıları Birliyi: "İrandakı tibb bacılarının sayı dünya standartının yarısı qədərdir"

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 1000 nəfərə ən azı 3 tibb bacısı düşməlidir, lakin İranda bu rəqəm 1,6-dır.

Gunaz.tv

Bu barədə "Şərq" qəzeti İran Tibb Bacıları Birliyinin katibi Məhəmməd Şərifi Müqəddəmə istinadən yazıb.

Məlumatda tibb bacıları və ümumilikdə tibb işçilərinin əmək haqlarının aşağı olduğu, onların gəlirləri ilə xərclər arasında ciddi fərq olduğu qeyd edilib.

Bir müddət əvvəl Şərifi Müqəddəm hər il təxminən 3 min tibb bacısının ölkəni tərk edərək daha yüksək əmək haqqı verilən ölkələrə mühacirət etdiyini deyib.

İran səhiyyə nazirinin müavini Abbas İbadi məsələ ilə bağlı verdiyi açıqlamada faktı təsdiq edib.

“Bu sahədə çatışmazlığın səbəblərindən biri tibb bacılarının az inkişaf etmiş ölkələrdən gəlirləri yüksək olan ölkələrə köçməsidir və ölkəmiz də bundan istisna deyil”,- İbadi qeyd edib.

Tibb Bacıları Birliyinin hesabatına görə hazırda İranda 100 min tibb bacısı çatışmır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar