SON XƏBƏRLƏR

Kərəcdə səs verməyən məhkumlar cəzalandırılıb

2024.03.01, 14:26
Kərəcdə səs verməyən məhkumlar cəzalandırılıb

İran həbsxanalarında saxlanılan məhbuslar parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə iştiraka məcbur edilir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bu qəbildən olan məcburi səsvermə faktlarından biri Kərəc şəhərinin Qızılhisar həbsxanasında qeydə alınıb.

Həbsxana rəisi Kərəmullah Əzizi nəzarətçilərin müşayiəti ilə məhbuslarla görüş keçirib.

O, səsverənin məcburi olduğunu və səsvermədə iştirak etməyənlərə qarşı ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

İnsanhaqları fəalları məhbusların yaxınlarına istinadən bildiriblər ki, buna etiraz edən bir neçə məhkum təkadamlıq kameraya köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar