SON XƏBƏRLƏR

Klaar bu il Azərbaycan və Ermənistan arasında sülhün əldə olunacağına ümid edir

2024.03.01, 14:36
Klaar bu il Azərbaycan və Ermənistan arasında sülhün əldə olunacağına ümid edir

“Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün əldə olunmasına sadiqdir”.

Gunaz.tv

Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

“Sülhün əldə olunması həm Azərbaycanın, həm Ermənistanın, həm bütövlükdə regionun, həm də bizim marağımızdadır və biz buna nail olmaq üçün bütün səyləri göstərəcəyik”, - Klaar deyib.

Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib ki, sülhün əldə olunması istiqamətində irəliləyişin əldə olunmasında əsas məsuliyyət bu ölkələrin, onların rəhbərliklərinin öz üzərinə düşür və bu, onların istək və iradəsindən asılıdır.

"Mən illərdir ki bu məsələ ilə məşğul olduğuma görə deyə bilərəm ki, buna nail olmaq mümkündür. Mən ümid edirəm ki, bu il biz buna nail ola biləcəyik, Ermənistan və Azərbaycan sülh sazişini imzalaya biləcək", - Klaar vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar