SON XƏBƏRLƏR

BMT rəsmisi HƏMAS-İsrail müharibəsi ilə əlqəli olan bütün tərəfləri ittiham edib

2024.03.01, 14:54
BMT rəsmisi HƏMAS-İsrail müharibəsi ilə əlqəli olan bütün tərəfləri ittiham edib

BMT-nin insan haqları üzrə ali komisarı HƏMAS-İsrail müharibəsi ilə əlqəli olan “bütün tərəfləri hərbi ciyayət törətməkdə” ittiham edərək məsələyə baxılmasını tələb edib.

Gunaz.tv

Volker Türk fevralın 29-u Cenevrə şəhərində BMT-nin İnsan Hakları Şurasına hesabatı zamanı deyib: “zənnimcə bu müharibə ilə əlqəli olan tərəflərin hamısı insan haqlarını və beynəlxalq humanitar qanunlarını açıqcasına pozub və hərbi cinayətlər törədiblər. İndi sülh, tədqiqat aparılması və cavabdeh etmək vaxtıdır”. 

Volker fələstinli qruplar tərəfindən İsrailə sarı davamlı olaraq raketlərin atılması və israillilərin girov götürülməsini beynəlxalq humanitar qanunlarının pozulması olduğunu deyib. 

Komisar həmçinin əlavə edib: “ofisimiz İsrail tərəfindən hərbi cinayət ola bilən çoxlu hadisələri qeydə alıb. 

Həmçinin İsrail qüvvələri tərəfidən fələstinlilərin necə gəldi və laqeydcəsinə nişana alındıqları barədə faktlar mövcuddur”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar