SON XƏBƏRLƏR

Aclıq aksiyası keçirən milli fəalın vəziyyəti ağırlaşdı

2024.03.02, 11:00
Aclıq aksiyası keçirən milli fəalın vəziyyəti ağırlaşdı

Tehranın Evin həbsxanasında saxlanılan və fevralın 26-dan aclıq aksiyası keçirən milli fəal Mürtəza Pərvinin vəziyyəti ağırlaşıb.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat verib.

Bildirilib ki, marıtın 1-də huşunu itirən fəal həbsxananın tibb məntəqəsinə köçürülüb, ona sistem qoşulub.

"Özünə gəldikdən sonra Mürtəza sistemi ayırıb, əsassız həbsinə və barəsində irəli sürülən saxta ittihamlara etiraz olaraq aclıq aksiyasını davam etdirəcəyini deyib",- məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

Ərdəbilli fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təqib və həbs edilib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar