SON XƏBƏRLƏR

İran dövlət agentliyi səsverənlərin sayını açıqladı

2024.03.02, 13:20
İran dövlət agentliyi səsverənlərin sayını açıqladı

Martın 1-də İranda Ekspertlər Şurasına 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci çağırış seçkilərində 61 milyon səsvermə hüququ olanların 25 milyonu, yəni 40 faizi seçkilərdə iştirak edib.

Gunaz.tv

Bu barədə İranın rəsmi dövlət agentliyi "İRNA" məlumat yayıb.

Qeyri rəsmi məlumatlarda isə seçicilərin təxminən 30 faizə yaxınının seçkilərdə iştirak etdiyini bildirib.

Müxtəlif xəbər agentlikləri Tehran şəhərində səsvermə hüququ olanların yalnız 24 faizinin seçki məntəqələrinə getdiklərini yazıb.

Qeyd edək ki, bundan əvvəl Əli Xamənei bəzi ölkələrdə seçici fəallığının 40 faiz olmasını biabırıçlıq adlandırmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar