SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda güclü zəlzələ oldu

2024.03.05, 10:10
Sistan və Bəlucistanda güclü zəlzələ oldu

Bu gün yerli vaxtla səhər saat 07:50-də İranın Sistan və Bəlucistan əyalətinin Fənuc bölgəsində yerin 80 kilometr dərinliyində 5.6 bal gücündə zəlzələ olub.

Gunaz.tv

Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkan nəticəsində xəsarətlər və insan tələfatı barədə məlumat verilməyib.

Əyalətin Qızıl Aypara Cəmiyyəti bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.

Qeyd edək ki, hazırda zəlzələ baş verən yerdə və əyalətin başqa bölgələrində sel fəlakəti yaşanır, yüzlərlə kəndin yolu bağlanıb.

Yerli fəalların verdiyi məlumata görə, əhali qida və su çatışmazlığı ilə üz-üzə qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar