SON XƏBƏRLƏR

“Qətər sanksiyaları pozduğuna görə cavab verməlidir” - İrana qarşı təşkilat

2024.03.05, 15:11
“Qətər sanksiyaları pozduğuna görə cavab verməlidir” - İrana qarşı təşkilat

Nüvə Silahlı İrana Qarşı Birlik Təşkilatı Dohada keçirilən beynəlxalq sərgidə İran Müdafiə Nazirliyinin və SEPAH-ın iştirakına icazə verilməsinə etiraz bildirib.

Gunaz.tv

Təşkilatın icraçı direktoru Mark Valas martın 4-ü bu barədə etirazını bildirmək üçün Qətərin əmiri Şeyx Təmim Bin Himad Əl-Saniyə açıq məktub ünvanlayıb. 

Məktubda SEPAH komandirlərinə və İran silahlı qüvvələrinin rəsmilərinə sanksiyaların tətbiq olunduğu bildirilməklə onlara dəniz müdafiəsi üzrə sərgidə köşk ayrılması kəskin şəkildə tənqid olunub. 

“Sizin SEPAH və İran Müdafiə Nazirliyinə sərgidə iştirak etmələrinə icazə verməyiniz onlara legitimlik bağışlamaqdır və bu sanksiyalara ziddir”- deyə Valas qeyd edib. 

“Qətər İranla münasibətdə hərəkətlərinə düzəliş etmədiyi təqdirdə ABŞ tərəfindən sanksiyalar tətbiq olunmalıdır” - Mark Valas məktubun sonunda vurğulayıb.
 
Taymaz

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar