SON XƏBƏRLƏR

ABŞ İranda bəhailərə təzyiqləri pislədi

2024.03.08, 11:25
ABŞ İranda bəhailərə təzyiqləri pislədi

Bəhailərin dəfn və yas mərasimləri keçirmək hüququnun pozulması davam edir.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar İdarəsi sosial media hesabında yazıb. 

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin son günlər Tehranın Xavəran qəbiristanlığında bəhailərə məxsus 30 qəbiri dağıtmaları insan haqları pozuntusunun daha bir nümunəsidir.

"Biz həmçinin bəhailərin əmlakının müsadirə edilməsini, saxta məhkəmə proseslərində onların uzun müddətli həbs cəzasına məhkum edilmələrinin şahidi olmuşuq. Biz hökumət tərəfindən insan haqları pozuntuları ilə mübarizə aparmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcəyik",- paylaşımda deyilib.

Qeyd edək ki, martın 5-də Beynəlxalq Bəhai İcması bəyanat yayaraq Tehranın Xavəran qəbristanlığında 30 bəhai qəbrinin dağıdıldığını bildirib.

Bu qəbirlər İran hökumətinin son iki ildə ölən bəhailəri zorla dəfn etdirdikləri və ailələrinin dəfn mərasimində iştirak etməsinə icazə vermədiyi kütləvi məzarlığın bir hissəsi idi.

Hazırda İranda 300 mindən çox bəhai yaşasa da İran konstitusiyası bəhai dinini rəsmən tanımır. 

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar