SON XƏBƏRLƏR

Üç Avropa ölkəsi İranın nüvə proqramını inkişaf etdirməsinə görə bəyanat yayıb

2024.03.09, 10:56
Üç Avropa ölkəsi İranın nüvə proqramını inkişaf etdirməsinə görə bəyanat yayıb

 Üç Avropa ölkəsi İranın nüvə proqramını inkişaf və gərginlik yaradan fəaliyyətlərini davam etdirməsi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Fransa, Britaniya və Almaniya yaydıqları birgə bəyanatda İranı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) öhdəliklərini getdikcə daha çox pozduğunu bildiriblər.

Bəyanat Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının rüblük iclası ilə eyni vaxtda yayılıb.

"İran son 5 ildə nüvə fəaliyyətini nüvə silahı proqramı olmayan bir ölkə üçün misli görünməmiş səviyyəyə çatdırıb",- bəyanatda qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar