SON XƏBƏRLƏR

Kanada 2 İran rəsmisinə sanksiya tətbiq edib

2024.03.09, 11:17
Kanada 2 İran rəsmisinə sanksiya tətbiq edib

Kanada dövləti Dünya Qadınlar günü münasibəti ilə İranda qadın və qızların sərbəstliyinə təzyiq səbəbindən 2 İran rəsmisinə sanksiya tətbiq edib.

Gunaz.tv

Kanadanın xarici işlər naziri Melani Coli bu barədə martın 8-də bəyanatla bildirib. 

Belə ki, Tehran metrosunun icraçı direktoru Məsud Dürüsti və məclis deputatı Zöhrə İlahian İranda qadın və qızların sərbəstliyinə təzyiq məqsədi ilə tutduqları vəzifə və nüfuzlarından istifadə ediblər. 

Bəyanatda sanksiya səbəbləri olaraq deyilir: “Məsud Dürüsti icbari hicab qanununu ümumi nəqliyyat vasitələrində icra edir. Zöhrə İlahian isə qadın, yaşam, azadlıq hərəkatında saxlananlara edam cəzası tələb edib”.

Həmçinin qeyd olunub ki, iranlı qadın və qızlar varlıqlarını ifadə edərək hüquqlarını tələb etmələri səbəbindən basqıya məruz qalır, xəsarət alma və ölüm təhlükəsi ilə qarşılanırlar. 

Qeyd edək ki, Kanadanın sanksiyası ilə eyni vaxtda İran rəsmiləri hicaba nəzarətçi məmurların fəaliyyətlərinin Tehran şəhərinin bütün metro stansiyalarına tətbiq olunacağını bildiriblər.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar