SON XƏBƏRLƏR

ABŞ gəmilərinə həmlə olunub

2024.03.09, 12:23
ABŞ gəmilərinə həmlə olunub

Yəmənin Ənsarulla Qrupu Qırmızı Dəniz və Ədən körfəzində bir ABŞ gəmisi və sair döyüş gəmilərinə həmlə əməliyyatı keçirdiyini bildirib.

Gunaz.tv

İddiaya görə bu gün martın 9-da keçirilmiş həmlə zamanı Ədən körfəzində bir neçə münasib dəniz raketi və PUA ilə ABŞ-ın PROPEL FORTUNE gəmisi hədəfə alınıb. 

Husilərin hərbi qüvvələrinin sözçüsü briqada generalı Yahya Sərinin bəyanatına əsasən qrupun keçirdiyi 2 əməliyyat uğurlu olub.

Həmçinin ikinci əməliyyatın Qırmızı dəniz və Ədən körfəzində 37 PUA ilə bir neçə ABŞ döyüş gəmilərinə uğurla keçirildiyi iddia olunub. 

ABŞ bu barədə hələ mövqe bildirməyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar