SON XƏBƏRLƏR

İranda hicab qaydaları daha da sərtləşdirilir

2024.03.11, 10:59
İranda hicab qaydaları daha da sərtləşdirilir

İranda keçirilən son seçkilərdən sonra məcburi hicab qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı yenidən təkliflər irəli sürülüb, təhdidlər edilib.

Gunaz.tv

Bu barədə İran rəsmilərinin bəyanatlarında bildirilib.

İranın daxili işlər naziri Əhməd Vəhidi məsələ ilə bağlı verdiyi son açıqlamada məcburi hicab qaydalarının pozulmasını cinayət əməli adlandırıb.

Bununla yanaşı İran parlamentinin bir neçə üzvü də məcburi hicab qaydalarını pozanlara qarşı daha sərt cəzaların tətbiq edilməsini istəyiblər.

İsfahan şəhərinin parlamentdəki nümayəndəsi Əmir Hüseyn Bankipur hicab qaydalarına riayət etməyənlərinın yerindəcə 3 milyon tümən (200 AZN) cərimələnəcəklərini deyib.

Qeyd edək ki, bu təhdidlər 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı İran hökumətindən qadın hüquqlarına hörmətlə yanaşması ilə bağlı çağırışlardan sonra səsləndirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar