SON XƏBƏRLƏR

İran pasportu 190-cı yerdə qərarlaşıb

2024.03.11, 11:09
İran pasportu 190-cı yerdə qərarlaşıb

Noməd Kapitalist (Nomad Capitalist) maliyyə üzrə məsləhətləşmə müəssisəsinin ölkələrin pasportlarını qiymətləndirməsinə əsasən İran 199 ölkə sırasında 190-cu yerdə qərarlaşıb.

Gunaz.tv

Bu barədə məlumata istinadən İsveçrə pasportu birinci yerdə, İrlandiya və Portuqaliya pasportları sıra ilə ikinci və üçüncü yerdə qərarlaşıb.

Qiymətləndirmədə başqa ölkələrə səyahət asanlığı, həmçinin tətbiq olunan vergi qanunları, ikili vətəndaşlıq, fərdi sərbəstlik və dönyaya başqasının gözü ilə baxış kimi məsələlər nəzərə alınıb. 

İran bu halların hamısında ən aşağı qiymət alıb. 

Misal üçün, İran paspotru ilə ancaq 11 ölkəyə vizasız getmək mümkündür. 

Həmçinin bildirilib ki, İran vətəndaşları bir çox ölkələrə giriş edərkən sərhəd xidmətinin vəzifəliləri və həmin ölkələrin vətəndaşları tərəfindən qəzəblə qarşılaşırlar. 

Qiymətləndirmə cədvəlində Əfqanıstan ən az balla 199-cu yerdə qərarlaşıb
 
Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar