SON XƏBƏRLƏR

“Qətliama göstəriş verənlər və onu törədənlər məsuliyyətə cəlb olunmayıblar” - Moləvi Əbdülhəmid

2024.03.11, 14:43
“Qətliama göstəriş verənlər və onu törədənlər məsuliyyətə cəlb olunmayıblar” - Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının cümə namazı imamı Moləvi Əbdülhəmid “Zahidanın Qanlı Cümə” qətliamına göstəriş verən və törədən məmurların məsuliyyətə cəlb olunmadıqlarını tənqid edib.

Gunaz.tv

O, sosial şəbəkələrdəki şəxsi hesablarında bu barədə məhkəmə prosesinin keçirildiyi lakin cinayəti törədən SEPAH və “Bəsic” məmurlarının cianyətə cəlb olunmadıqlarını deyib.

“Bir neçə il  gözlədikdən sonra məhkəmə prosesi ancaq müəyyən sayda adi polis məmurunun çağırılması ilə keçirilib. Lakin bu cinayəti icra edənlər əsla məsuliyyət daşımayıblar” Moləvi vurğulayıb. 

İran hakimiyyətinin rəsmi mediası məhkəmə prosesi və ayrıntıları barədə hələ ki, məlumat yaymayıblar.

Qeyd edək ki, Sisyan və Bəluçistan Əyalətinin polis komandiri bir azyaşlı bəluç qıza təcavüz etdikdən bir müddət sonra Zahidan şəhərində cümə namazı keçirilən vaxt etiraz aksiyası başlanıb. 

SEPAH və Bəsic məmurları tərəfindən etirazçılara birbaşa atəş açılmaqla 100 nəfərdən artıq insan qətlə yetirilib. Həmin vatxdan bu olay “Zahidanın Qanlı Cümə” qətliamı kimi tanınır. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar