SON XƏBƏRLƏR

İranda çərşənbə şənliklərində 15 nəfər öldü

2024.03.13, 10:10
İranda çərşənbə şənliklərində 15 nəfər öldü

İranda yaz bayramı çərşənbəsi mərasimlərində 15 nəfər ölüb, daha 3253 nəfər isə yaralanıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, paytaxtın 2 sakini ölüb.

Vətəndaşlar əsasən tonqalın üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.

"İsna" xəbər agentliyinin verdiyi son məlumata görə, 1070 nəfər gözündən yaralanıb, 981 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb və 189 nəfərin isə bədən əzaları amputasiya edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar