SON XƏBƏRLƏR

Avropa Rusiyaya raket ixracı ehtimalına görə İrana qarşı yeni tədbirlər planlaşdırır

2024.03.13, 15:00
Avropa Rusiyaya raket ixracı ehtimalına görə İrana qarşı yeni tədbirlər planlaşdırır

Avropa Birliyinin liderlərinin gələn həftə keçiriləcək iclasının bəyanatı layihəsində göstərilir ki, bu birliyin üzvləri Rusiyaya raket ötürülməsi ehtimalına görə İrana qarşı tədbirlər planlaşdırırlar.

Gunaz.tv

Bu barədə "Royterz" məlumat yayıb.

"İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı xəbərlərdən sonra Avropa Birliyi İrana qarşı yeni əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırlaşır",- məlumatda bildirilib.

Avropa Birliyinin bəyanat layihəsində "Avropa Şurası üçüncü ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırıb",- deyə yazılıb.

Qeyd edək ki, Royterzin bundan əvvəl 6 mənbəyə istinadən yaydığı məlumata görə, İran Rusiyaya 400 ədəd qısamənzilli “Fateh-110” raketləri, 300 və 700 kilometr məsafədə olan hədəfləri vurmağa qadir olan “Zülfüqar” raketləri göndərib.

Martın 21-22-də keçirilməsi planlaşdırılan sammitin layihə bəyanatında bildirilir ki, "hesabatlar həyəcan vericidir və Avropa Birliyi beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və sürətlə İrana cavab verməyə hazırdır".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar