SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda iki bəluc güllələndi

2024.03.14, 15:00
Sistan və Bəlucistanda iki bəluc güllələndi

Martın 14-ü səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Delqan bölgəsinin Pəng kəndində silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, hökumət məmurları ilə atışma zamanı Müsafer Bameri və Bəradər Eydməhəmməd adlı iki bəluc öldürülüb, biri isə yaralı vəziyyətdə həbs edilib.

Məlumatda İran ordusunun xüsusi təyinatlı qüvvələrinin bir əsgərinin öldürüldüyü, birinin isə yaralandığı qeyd edilib.

Qarşıdurmanın səbəbləri və silahlı bəlucların hansı qrupa mənsub olduqları barədə açıqlama verilməyib.

Dövlət mediası öldürülən bəlucların silahlı quldur olduqlarını iddia edib və əsgərlərin dur əmrinə tabe olmadıqları üçün güllələndiklərini yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar