SON XƏBƏRLƏR

“Mərkəzi Bankın müdirləri Əfqanıstanlı müdirlərdən məsləhət alsın”- Moləvi Əbdülhəmid

2024.03.16, 13:17
“Mərkəzi Bankın müdirləri Əfqanıstanlı müdirlərdən məsləhət alsın”- Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının cümə namazı imamı martın 15-i xütbələrində İran Məkəzi Bankı müdirlərinə Əfqanıstanlı həmkarlarından məsləhət almalarını təklif edib.

Gunaz.tv

Əbdülhəmidin deməsinə istinadən Taliban Əfqanıstanda korrupsiya ilə mübarizə və təhlükəsizliyin qurulması sahəsində müəyyən qədər uğurlu hərəkət edib.

O, Əfqanıstanda dolların dəyərinin azaldığını və əfqani (Əfqanıstanın pul vahidi) valyutası dəyərinin artdığını vurğulayaraq İran müdirlərinə onlardan öyrənməyi təklif edib.

“Resursları və kapitalı olmayan bir ölkənin valyutasının dəyəri artıb. İndi 1 əfqani məzənnəsi İranın 800 tüməni dəyərindədir. Əvvələr isə İran pulu üstün olub.”-deyə Moləvi bildirib.

Sünni icmasının imamı sözlərinin davamında deyib: “ Qonşu ölkə ilə əlaqə saxlayıb bizə yol göstərin deməliyik”. 

Əbdülhəmid həmçinin milli maraqlar məsələsi barədə fikir bildirib: “Hər hansı bir hakimiyyət əvvəlcə öz xalqının təmsilçisi olmalı, onların maraqları, asayişlərini və rahatlığını düşünməlidir. 

Heç bir ölkədə siyasi məhbus olmamalı, siyasi aktivistlərin sözləri dinlənilməli və yaxşı fikir irəli sürürlərsə hakimiyyət razılaşmalıdır”. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar