SON XƏBƏRLƏR

Axtarışda olan qruplaşma üzvləri Azərbaycana qarşı tədbir keçirdilər

2024.03.18, 15:49
Axtarışda olan qruplaşma üzvləri Azərbaycana qarşı tədbir keçirdilər

Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH və təhlükəsizlik qurumlarının himayəsi altında fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasının üzvləri martın 17-də Azərbaycan əleyhinə daha bir tədbir keçiriblər.

Gunaz.tv

Bu barədə qruplaşmanın sosial media şəbəkəsində paylaşımlar edilib.

“İslam partiyası”nın keçmiş sədri Əlikram Əliyevin ölümünün 13-cü ildönümü ilə bağlı keçirilən mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Mərasim iştirakçıları Ə.Əliyevi “Qafqazda sionizmə qarşı mübarizənin banisi” adlandırıblar.

Tədbirdə çıxış edən qruplaşma üzvləri Əli Xameneinin Azərbaycan Respublikasında şiəliyin gücləndirilməsi və Qərb dəyərlərinə qarşı çıxılması ilə bağlı tövsiyələrini xatırladıblar. Onlar Xomeyninin “İslam inqilabının ixracı” nəzəriyyəsinə sadiqliklərini ifadə ediblər.

Bununla yanaşı, son vaxtlar Azərbaycanda həbs edilən İran casuslarını Xomeyni və Xameneinin “müridləri” adlandırıblar.

Qeyd edək ki, adı çəkilən qruplaşma SEPAH və İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin himayəsi ilə fəaliyyət göstərir.

Qruplaşma üzvləri davamlı olaraq Azərbaycan Respublikasına qarşı siyasi-ideolojik təbliğat aparır, ölkədə şəriyət qaydaları əsasında radikal dini hakimiyyətin qurulmasına çağırırlar.

Günaztv

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar