SON XƏBƏRLƏR

Güney Azərbaycanda yeni il Urmu İli elan olunub

2024.03.20, 11:08
Güney Azərbaycanda yeni il Urmu İli elan olunub

İranda bu gün səhər saat 6 radələrində başlamış 1403-cü yeni günəş ili (martın 20-dən) Güney Azərbaycan aktivistləri tərəfindən Urmu İli adlandırılıb.

Gunaz.tv

Bir sıra güneyli ədəbiyyat və incəsənət aktivistləri 1403-cü ili Urmu İli elan edirk başlığı ilə azərbaycanlılara çağırış ediblər.

Çağırışda deyilir: “Bu şanlı yurdun köksündə obasını quran türk xalqı öz mədəniyyəti ilə əsrlər boyu Urmuda yaşamışdır”.

Elanın davamında Güney Azərbaycanın əski çağlardan bəri Azərbaycan türklərinin yurdu olduğu vurğulanıb. 

Bəyanatın sürgün olunaraq Qərbi Azərbaycan Əyalətində yerləşdirilən, xalqımızın qonağı kimi çörəyini yeyib duzunu itirənlərə Azərbaycanın əzəldən türk torpaqları olduğu xatırladılıb.

“Azəbaycanın mədəniyyət ocağı olan Urmu diyarında Azərbaycan türklərinin yerli olmayanlara göstərdiyi qonaqsevərliyi bəzi köçkünlərin yanlış nəticə çıxarmalarına (qeyrilərinin torpaq iddiaları nəzərdə tutulur) səbəb olub” çağırışda deyilir.

Bəyanatın sonunda vurğulanıb: “Qeyd olunan səbəbdən bütün Azərbaycan türklərini Urmu ətrafında birləşməyə çağırırıq. Biz ədəbiyyat və incəsənət sahəsində çalışanlar olaraq 1403-cü ili Urmu İli elan edirik.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar