SON XƏBƏRLƏR

Qaraməlik məhəlləsində yerləşən tarixi abidə acınacaqlı vəziyyətdədir

2024.04.09, 14:24
Qaraməlik məhəlləsində yerləşən tarixi abidə acınacaqlı vəziyyətdədir

Güney Azərbaycan Təbriz şəhərinin tarixi məhəlləsi olan Qaraməlikdə Qacarlar çağında tikilmiş tarixi hamamın bərpası üçün rəsmilər tərəfindən heç bir iş görülmür.

Gunaz.tv

Abidə Qaraməlik məhləsinin tarixi kompleksi olan Hüseyniyyə dairəsində yerləşir və qismən qədər dağılıb. 

Mülkün sahibləri abidənin tarixi dəyərə sahib olduğundan xəbərsiz olduqlarına görə onun müəyyən hissəsinin bələdiyyə tərəfindən 90-cı illərdə basdırılıb üstündən küçə keçməsinə icazə veriblər.

Qaramılik Məhləsi Mədəni İrs Cəmiyyəti Qaraməlik Məhlə Şurasının əməkdaşlığı ilə abidə barədə əyalətin Mədəni İrs Təşkilatına məktub ünvanlayıblar. 

Nəticədə abidəyə baxış keçirildikdən sonra qeydiyyata alınması üçün tarixi dəyərə sahib olduğu bildirilib.
%D8%AD%D9%85%D8%A7%D9%85%D9%85.jpg

Lakin Azərbaycan üçün böyük əhəmmiyyətə malik abidənin bərpası istiqamətində boş bəhanələr gətirilərək iş görülmür.

Abidə həmin kompleksin yeraltı sahəsi olduğuna görə tavanı küçə yolu ilə eyni müsətvidədir. 

%D8%AD%D9%85%D8%A7%D9%85.jpg

Hamamın tavanı müəyyən qədər tökülsə də gövdəsi tamamilə safdır. 

Məhəllənin Mədəni İrs Cəmiyyəti və Qaraməlik Məhəlləsi Şurası bildirib ki, tarixi abidənin bərpası istiqamətində müvafiq idarələrdən tələbləri davam etdirəcəklər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar